ÇL: "Fənərbaxça" və "Şaxtyor" mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub. SportLine.az xəbər verir ki, son oyun günündə daha 10 qarşılaşma keçirilib. 

Türkiyə təmsilçisi "Fənərbxça" Fransaya səfər edib. "Monako"nun qonağı olan "sarı bülbüllər" məğlub olaraq mübarizəni dayandırıblar. 

Digər bir maraqlı nəticə "Yanq Boyz" "Şaxtyor" (Donetsk) duelində qeydə alınıb. İlk matçda iki cavabsız qolla qalib gələn Ukrayna təmsilçisi üstünlüyü qoruya bilməyib.

03 avqust 2016
Çempionlar Liqası
III təsnifat mərhələsi (Cavab oyunları)

“Kopenhagen” (Danimarka) - “Astra” (Rumıniya) - 3:0
Qollar: 
Kornelius, 14, 45+2, Santander, 34
İlk oyun – 1:1

“Styaua” (Rumıniya) - “Sparta” (Çexiya) - 2:0
Qollar: 
Stançiu, 31, 62
İlk oyun – 1:1

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Olimpiakos” (Yunanıstan) - 1:0
Qol: 
Tzedek, 79
İlk oyun – 0:0

“Yanq Boyz” (İsveçrə) - “Şaxtyor” (Ukrayna) - 2:0 (pen: 4:2)
Qollar: 
Kubo, 54, 60
İlk oyun – 0:2

“Zalsburq” (Avstriya) - “Partizani” (Albaniya) - 2:0
Qollar: 
Soryana, 76, Vanderson, 81
İlk oyun – 1:0

PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) - 1:2
Qollar: 
Atanasiadis, 4 - Klaasen, 45+1, 88
İlk oyun – 1:1

“Anderlext” (Belçika) - “Rostov” (Rusiya) - 0:2
Qollar: 
Noboa, 28, Azmun, 47
İlk oyun – 2:2

“Legiya” (Polşa) - “Trençin” (Slovakiya) - 0:0
İlk oyun – 1:0

“Monako” (Fransa) - “Fənərbaxça” (Türkiyə) - 3:1
Qollar: 
Cermeyn, 3, 65, Falkao, 19 (pen.) - Emenike, 54
İlk oyun – 1:2

“Seltik” (Şotlandiya) - “Astana” (Qazaxıstan) - 2:1
Qollar: 
Qriffit, 45+3, Dembele, 90+1 (pen.) - İbraimi, 62
İlk oyun – 1:1