ÇL: "Fənərbaxça"nın rəqibi müəyyənləşdi

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, mübarizəyə bu mərhələdən qoşulacaq öz ölkələrində çempion olmayan komandalar da rəqiblərini tanıyıblar.

Yarışda Türkiyəni təmsil edən "Fənərbaxça" pley-off mərhələsinə adlamaq üçün Fransa "Monako"sunu mübarizədən kənarlaşdırmalıdır:

"Ayaks" (Hollandiya) - PAOK (Yunanıstan)
"Sparta" (Praqa, Çexiya) - "Steaua" (Buxarest, Rumıniya)
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Yanq Boys" (İsveçrə)
"Rostov" (Rusiya) - "Anderlext" (Belçika)
"Fənərbaxça" (Türkiyə) - "Monako" (Fransa)