Çl-in finalında hava hücumu təhlükəsi var
UEFA Çempionlar Liqası turnirinin final oyunu ilə bağlı narahatlıq var. Sportline.az qitə mətbuatına istinadən xəbər verir ki, UEFA matçın keçiriləcəyi "Millenium" arenasının tavanının qapanmasını təklif edib. Ali futbol qurumunun rəhbərliyi Kardif şəhər rəhbərliyinə bununla bağlı müraciət ünvanlayb. UEFA rəsmiləri oyun zamanı stadiona pilotsuz uçan aparatla terror ehtimalından narahatdır. Qeyd edək ki, dron adlanan həmin aparatlardan yarışların çəkilişi zamanı da istifadə olunur. Görünür, Dortmunddakı hadisələr təhlükəsizlik tədbirlərini daha da gücləndirməyə rəvac verib. Xatırladaq ki, ÇL-in final görüşü iyunun 2-də Uels paytaxtında keçiriləcək.