ÇL: "Qarabağ"ın potensial rəqibləri

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib. SportLine.az xəbər verir ki, qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq komandaları diqqətinizə çatdırır:

Liqa yolu

"Sevilya", "Napoli", "Liverpul", "Sportinq", "Hoffenhaym", MOİK (Moskva), "Başakşəhər", "Styaua", "Nitsa", "Yanq Boyz"

Çempionlar yolu

"Olimpiakos", "Kopenhagen", "Seltik", APOEL, "Maribor", "Qarabağ", "Astana", "Riyeka", "Hapoel Beer-Şeva", "Slaviya" (Praqa)

"Qarabağ" pley-off mərhələsində "Olimpiakos", "Kopenhagen", "Seltik", APOEL və ya "Maribor"la düşəcək.

Qeyd edək ki, pley-off mərhələsinin püşkatma mərasimi avqustun 4-də keçiriləcək.