"Qarabağ" qələbə ilə başladı

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları keçirilir. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən "Qarabağ" yeni mövsümdə ilk görüşünə doğma azarkeşlər önündə çıxıb. Növbəti mərhələyə adlamaq üçün "köhlən atlar" Lüksemburq çempionu - "Düdelanj"ı üstələməli idilər. Qurban Qurbanovun yetirmələri ilk oyunda vəzifənin öhdəsindən gəliblər. 

12 iyul 2016
Çempionlar Liqası
II təsnifat mərhələsi

“Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) - 2:0
QOLLAR:
Almeyda, 10 (1:0); Almeyda, 27 (2:0)

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Dinyev

Baş məşqçi: Qurban Qurbanov

“Düdelanj”: 1. Hubert, 5. Şnell, 8. Pokar, 9. Da Mota, 19. Dikaba, 21. Ştolz, 25. Nakaçe, 26. Prempe, 27. Melisse, 29. Malget, 77. Turpel

Ehtiyat oyunçular: 33. Frizinq, 2. Moreyra, 7. İbrahimoviç, 10. Benayba, 22. Stelvio Da Kruz, 30. Laurentie, 99. Ndaye

Baş məşqçi: Dino Topmöller

Baş hakim: Orel Qrinfild
Baş hakimin köməkçiləri: Danni Krasikov, İdan Yarkoni Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)
Hakim-inspektor: Zdravko Yokiç (Serbiya)
UEFA nümayəndəsi: Vladimir Çorno (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu