"Yuventus" finalda!
Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək. SportLine.az xəbər verir ki, səfərdə iki cavabsız qolla qalib gələn "Yuventus" bu dəfə "Monako" ilə doğma azarkeşlər önündə münasibətləri aydınlaşdıracaq.
"Zadəganlar" həlledici matça yüksəlmək üçün Turində ən azı üç qol vurmalıdırlar. "Qoca sinyora"nın müdafiə xəttini nəzərə alsaq, bu vəzifənin öhdəsindən gəlmək heç də asan olmayacaq.
09 may 2017
Çempionlar Liqası, yarımfinal (Cavab oyunu)
“Yuventus” (İtaliya) – “Monako” (Fransa) - 2:1
QOLLAR: Mandzukiç, 33 (1:0); Dani Alves, 44 (2:0); Mbappe, 69 (2:1)
Baş hakim: Byörn Kuypers (Hollandiya)
İlk oyun – 2:0