Çuameni İngiltərə klubunun diqqət mərkəzindədir
"Real Madrid"in yarımmüdafiəçisi Orelyan Çuameni "Mançester Yunayted"ə keçidi gündəmdədir.
Sportline.az xəbər verir ki, bu haqda "The Telegraph" nəşri məlumat yayıb.
26 yaşlı futbolçunun transfer qiyməti 90 milyon avrodur.
Qeyd edək ki, O.Çuameni cari mövsüm meydana çıxdığı 45 matçda 2 qol, 2 asistlə yadda qalıb.