Çukvuemeka Almaniya klubu ilə 5 illik müqaviləyə imzalayıb

"Çelsi"nin ingiltərəli futbolçusu Karney Çukvuemeka karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Aleks Krook məlumat yayıb.

21 yaşlı futbolçu yeni mövsümdən etibarən "Borussiya Dortmund"un formasını geyinəcək.

Qeyd edək ki, K.Çukvuemeka yeni klubu ilə 5 illik müqavilə imzalayıb.