Çumbinyonun yeni klubu müəyyənləşdi

"Qarabağ"ın sabiq üzvü Çumbinyonun yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Yunanıstanda davam etdirəcək. 

Son mövsümü "Atromitos"da keçirən hücumçu, "Levadiakos"a keçib. 29 yaşlı futbolçu 1 illik müqaviləyə qol çəkib. 

Qeyd edək ki, Çumbinyo 2013-2015-ci illərdə "Qarabağ"da çıxış edib.