Con Makgin "Aston Villa"nı tərk edə bilər
"Aston Villa"nın kapitanı Con Makgin yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
31 yaşlı futbolçu "Everton"a keçidi gündəmdədir.
Qeyd edək ki, C.Makgin cari mövsüm meydana çıxdığı 38 matçda 7 qol, 6 asistlə yadda qalıb.