Con Stounz "Everton"a qayıdacaq

"Mançester Siti"nin stopperi Con Stounzun yayda klubdan ayrılacağı dəqiqləşib.

Sportline.az xəbər verir ki, 31 yaşlı futbolçunun sabiq komandası "Everton"a qayıdacağı gözlənilir.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, C.Stounz 2016-cı ildən "Mançester Siti"də çıxış edir.