Con Stounz "Everton"a qayıdır
"Mançester Siti"nin futbolçusu Con Stounz yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, "Everton" sabiq müdafiəçisini heyətinə azad agent kimi qatacaq.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, C.Stounz cari mövsüm 16 rəsmi matçda iştirak edib.