Con Stounz İtaliyaya köçür
"Mançester Siti"nin mərkəz müdafiəçisi Con Stounz yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, "Milan", "İnter" və "Yuventus" 31 yaşlı stopperi heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, C.Stounz 2016-cı ildən "Mançester Siti"də çıxış edir.