Con Terri dövrünün ən yaxşı komandasını açıqladı

"Çelsi"nin sabiq kapitanı Con Terri dövrünün ən yaxşı komandası ilə bağlı fikrini açıqlayıb.

Sportline.az xəbər verir ki, Terri bu şərəfə "Barselona"nı layiq görüb.

"2009-cu ildə "Nou Kamp"da "Barselona"ya qarşı oyuna çıxmaq tamam başqa hiss idi. Həmişə demişəm ki, həmin ""Barsa" mənim dövrümün ən yaxşı komandası idi. Onlarla yalnız bizim komanda ayaqlaşa bilərdi", - deyə Terri sosial şəbəkədə düşüncələrini bölüşüb.

Qeyd edək ki, Con Terri 1998-ci ildən 2017-ci ilədək "Çelsi"nin formasını geyinib.