Conatan Rovun "Çelsi"yə transfer olacağı gözlənilir

"Bolonya"nın sol cinah vingeri Conatan Rov karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, "Çelsi" 23 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, C.Rov cari mövsüm meydana çıxdığı 42 matçda 8 qol, 4 asistlə yadda qalıb.