ÇSKA Moskva finalda üstünlüyü ələ keçirib

Rusiya Basketbol Liqasında final mərhələsinin ilk oyunu keçirilib.

Sportline.az xəbər verir ki, səfərdə "Yuniks Kazan" ilə qarşılaşan ÇSKA Moskva ilk görüşdən qalib ayrılıb.96-95.

Paytaxt təmsilçisi bu qələbə ilə seriyada üstünlüyü ələ keçirib.1-0.

Matçın ən məhsuldar basketbolçusu 22 xal, 3 ribaund, 6 asistlə Nenad Dimitriyeviç olub.

Qeyd edək ki, seriyada 4 qələbəyə çatan komanda Rusiya Liqasında 2023/2024 mövsümünü çempion başa vuracaq.