“Daçiya” – “Kəpəz” matçının hakimləri bəlli oldu

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçkiriləcək "Daçiya" - "Kəpəz" matçının hakimləri açıqlanıb. SportLine.az xəbər verir ki, qarşılaşmanı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Oyunda əsas söz sahibi Laşa Silaqava olacaq.

Qeyd edək ki, "Daçiya" - "Kəpəz" oyunu iyulun 7-də Speya şəhərinin eyniadlı stadionunda oynanılacaq.

07 iyul 2016
Avropa Liqası
I təsnifat mərhələsi (Cavab oyunu)

19:00. “Daçiya” (Moldova) – “Kəpəz” (Azərbaycan)

Baş hakim: Laşa Silaqava
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria
Dördüncü hakim: Qoga Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
Speya (Moldova). “Speya” stadionu
İlk oyun – 0:0