Dadaşov "Qrasshopper"ə qələbə qazandırdı

İsveçrə çempionatında 16-cı turun oyunları keçirilir. 

Sportline.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” bu turda  doğma meydanda “Bazel”lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
 
Renat  bu görüşdə start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib. O, 34-cü dəqiqədə komandasının yeganə qolunu vurub. Bu, 23 yaşlı hücumçunun 2022/2023 mövsümündə İsveçrə çempionatında 4-cü qolu olub.
 
“Qrasshopper” hazırda 20 xalla 10 komanda arasında 7-ci pillədə qərarlaşıb. "Bazel" 21 xalla 4-cüdür. Siyahıya 32 xalla "Yanq Boyz" başçılıq edir.

Banner