Daha 2 nəfər "Neftçi"dən getdi

"Neftçi” daha iki futbolçusu ilə yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki,  Vangelis Platellasla əməkdaşlığa son qoyub.

Vangelis Platellas "Neftçi”də keçirdiyi iki mövsüm ərzində 31 oyunda meydana çıxıb, 3 qol vurub.

"Neftçi” futbolçusu Soni Mustivarla da yollarını ayırıb.

Haitili yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.

Soni Mustivar "Neftçi”də keçirdiyi üç mövsüm ərzində 56 oyunda meydana çıxıb, 3 qola imza atıb.

Xatırladaq ki, "Neftçi" bu gün Tural Axundovla da yolları ayırıb.