Güləşçilərimiz ümidləri doğrultmadılar
Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.
SportLine.az xəbər verir ki, çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 2 çəki dərəcəsində təmsil olunub. Təəssüf ki, hər iki idmançımız mübarizəni startdaca dayandırıb.
48 kq
1/8 final - Sona Tumarxanova - Annika Vendle (GER)
55 kq
1/8 final - Şəbnəm Əhmədova - Viktoriya Vaulina (RUS)
Qeyd edək ki, gənc qızların mübarizəsində ilk gün Elis Manolova (67 kq) gümüş medal qazanıb.