Daha bir boksçumuz 1/8 finalda

Azərbaycan millisinin daha bir boksçusu "Minsk 2019" II Avropa Oyunlarına qələbə ilə başlayıb.

Sportline.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominges 1/16 finalda Stepan Qrekula (Ukrayna) 3:0 hesabı ilə qalib gəlib.

Onun 1/8 finalda rəqibi Belarus təmsilçisi Mixail Dovqalivets olacaq. Bu qarşılaşma iyunun 25-də baş tutacaq.