Daha bir çempionat bərpa olunur
Koronavirusa görə dayandırılan futbol üzrə Rumıniya çempionatında 2019/20 mövsümünün bərpa tarixi açıqlanıb.
Sportline.az xəbər verir ki, yarış, iyunun 12-də davam etdiriləcək.
Bu barədə çempionatın rəsmi saytı məlumat yayıb. Qalan bütün oyunların azarkeşsiz keçirilməsi planlaşdırılır. Bərpadan sonra baş tutacaq oyunlardan 2-3 gün əvvəl isə bütün futbolçulardan koronavirus testi götürüləcək.
Xatırladaq ki, əksər Avropa ölkələrində olduğu kimi, Rumıniyada da futbol oyunları martın əvvəlində dayandırılmışdı.