Daha bir futbol əfsanəsi vəfat etdi
"Real Madrid"in sabiq futbolçusu Enrike Peres Dias dünyasını dəyişib.
Sportline.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, keçmiş müdafiəçi 83 yaşında vəfat edib.
Qeyd edək ki, "Paçin" ləqəbi ilə tanınan oyunçu 1959 - 1968-ci illlərdə "Real Madrid"in formasını geyinib.
Dias bu komandanın heyətində 7 dəfə İspaniya çempionatının, iki dəfə isə Çempionlar Kubokunun qalibi olub.