Daha bir futbolçu dünyasını dəyişdi
İngiltərənin "Mensfild Taun" klubunun şərəfini qoruyan Rayan Evans dünyasını dəyişib. SportLine.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu yuxuda ikən həyatla vidalaşıb. Hadisə futbolçunun evində yaşanıb.
Qeyd edək ki, "Mensfild Taun" İngiltərənin IV Divizionunda çıxış edir.