Daha bir futbolçu ölümü Rumıniyada

Rumıniya çempionatında futbolçu ölümü qeydə alınıb. SportLine.az xəbər verir ki, "Vitrolul"la görüşdə Buxarest "Dinamo"sunun kamerunlu oyunçusu Patrik Ekenq meydana daxil olduqdan 7 dəqiqə sonra huşunu itirərək yerə yıxılıb. Həkimlərin ilkin yardımından sonra futbolçu təcili tibbi yardım maşınında xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib.