Daha bir futzalçı "Araz"la vidalaşdı
Futzal üzrə Yüksəl Liqada yenidən çempion olan “Araz”ın heyətində ayrılıqlar davam edir.
Sportline.az xəbər verir ki, Xətai Bağırovdan sonra Mohammadtaha Neyməti də özünə yeni komanda tapıb. Qış fasiləsində çempionun heyətinə qoşulan və oyunu ilə qızıl medalların qazanılmasında payı olan iranlı legioner vətəninə dönüb.
O, İran çempionatının iddialılarından hesab edilən Saveh şəhərinin “Saniç” komandası ilə anlaşıb. “Saniç” son mövsümü beşinci pillədə başa vurub.