İkinci gün də güləşçilərimiz üçün uğursuz oldu

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri davam edir.

SportLine.az xəbər verir ki, turnirin ikinci günündə qadın güləşçilər mübarizə aparıblar.

Bu növdə Azərbaycanı təmsil edən Gözəl Zutovanın çıxışı uğursuz alınıb. İlk görüşdə rumıniyalı Adina Yelena Popeskunu üstələyən Gözəl 1/4 finalda Amerika təmsilçisi Tamira Mariama Menshə uduzub. Rəqibi yarımfinalda məğlub olduğu üçün təsəlliverici görüşlərə də qatıla bilməyən Zutova yarışı medalsız başa vurub.

Xatırladaq ki, ötən gün yunan-roma güləçilərin yarışında qüvvəsini sınayan Orxan Nuriyev də ümidləri doğrultmayıb. Təsnifat turnirinin növbəti günlərində daha iki güləşçimiz xalça üzərinə çıxacaq.