Daha bir hakimimiz İslamiadada

Mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib. Sportline.az xəbər verir ki, “Bakı Kristal Zal”da baş tutacaq döyüşlərə 27 ədalət təmsilçisi təyinat alıb. Bu siyahıda azərbaycanlı referi də var. Mayın 12-18-də keçiriləcək kişi boksçuların mübarizəsi zamanı Mehman Mürsəlov ədaləti qoruyacaq hakimlərdən biri olacaq. Qeyd edək ki, komandamızın üzvləri İslamiadada 10 çəki dərəcəsinin hamısında rinqə çıxacaq.