Daha bir hücumçu "İnter"i tərk edir
Daha bir hücumçu Bakı "İnter"ini tərk edir. Sportline.az xəbər verir ki, Rauf Əliyevin ardınca Pərdis Fərcad-Azad da klubla yollarını ayırmaq qərarına gəlib. Millinin forvardı son 3 ayın əməkhaqqısını və Avroliqa oyunlarına görə təyin edilən mükafatı verməyən "ağ-göylər"in yeni müqavilə təklifini cavabsız qoyub. Onun İsveçin elita təmsilçisi "Eskilstun"dan real təklif aldığı bildirilir.