Daha bir idmançımız cəzalandırıldı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) daha bir idmançını cəzalandırıb.

Qurumdan Sportline.az saytına verilən məlumata görə, söhbət qadın velosipedçi Elfanə Camalovadan gedir.

O, nümunə toplanması prosedurasından yayınma, imtina yaxud nümunəni təqdim etməmə hallarına yol verdiyi üçün 2 il müddətinə diskvalifikasiya olunub.

Camalovanın cəza müddəti idmana qayıtdığı tarixdən hesablanacaq.