Daha bir məşhur futbolçunun evi qarət olundu

Naməlum səxs və ya şəxslər "Mançester Siti"nin əlcəzairli yarımmüdafiəçisi Riyad Marezin evində külli miqdarda oğurluq ediblər.

Sportline.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, cinayətkarlar 29 yaşlı oyunçunun qol saatını, qızıl-zinət əşyalarını və Marezin kolleksiyasından köynəkləri aparıblar.

Ümumi ziyan yarım milyon funt sterlinq təşkil edib. Təkcə oğurlanmış "Richard Mille" markalı saatın qiyməti 230 min ABŞ dollarına bərabərdir.