Daha bir məşhur idmançı olimpiadada iştirak etməyəcək
"Liverpul"un futbolçusu Məhəmməd Salah Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Sportline.az Misir Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Misirin olimpiaya seçməsinin baş məşqçisi Şoki Qarib 29 yaşlı yarımmüdafiəçinin adını 22 nəfərlik siyahıya daxil etməyib.
Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçiriləcək. Misir millisi qrup mərhələsində İspaniya, Avstraliya və Argentina ilə mübarizə aparacaq.