Daha bir ölkə dünya çempionatından imtina etdi
Daha bir ölkə güləş üzrə dünya çempionatından imtina edib.
Sportline.az xəbər verir ki, ABŞ-dan sonra Yaponiya da dekabrda Serbiyada təşkil edilməsi planlaşdırılan yarışa qatılmamaq qərarına gəlib.
Tokio-2020 Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkənin güləş federasiyası koronavirus infeksiyasının yayılma riskini nəzərə alaraq, Belqrada yollanmamağı məqsədəuyğun bilib.
Qeyd edək ki, güləş üzrə dünya çempionatının dekabrın 12-20-də Belqradda keçirilməsi nəzərdə tutulur. UWW yarışın keçirilib-keçirilməyəcəyi ilə bağlı son qərarı həftə ərzində baş tutacaq iclasda verəcək.