Daha bir ulduz futbolçunun evi qarət olundu

“Fiorentina”nın yarımmüdafiəçisi Frank Riberinin Florensiyadakı evi qarət olunub.

Sportline.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Naməlum şəxslər Riberi evdə olmadığı zaman onun evinə giriblər. Futbolçuya dəyən zərərinin həcmi məlum deyil.

Fransa millisinin sabiq üzvü “Parma” – “Fiorentina” (1:2) matçından qayıdarkən evinin qarət olunduğunu bilib.