Daha iki güləşçimiz mübarizəyə qoşulur

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. SportLine.az xəbər verir ki, turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqə qazanır. 

İkinci yarış günündə yığmamızın daha 2 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışır. 

63 kq (qadın) 
1/4 final - Adela Hanzlickova (CZE) - İrina Netreba

74 kq (sərbəst) 
1/8 final - Cəbrayıl Həsənov - Aleksandru Burca (MDA)