Damoqoy Vida Super Liqaya qayıdır

Bir dönəm "Beşiktaş"ın formasını geyinən xorvatiyalı futbolçu Damoqoy Vida yenidən Super Liqaya qayıda bilər.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Rizespor klubu 35 yaşlı müdafiəçi ilə anlaşmağa yaxındır.

 

Qara dəniz təmsilçisinin AEK ilə 1+1 illik müqaviləsi olan futbolçu ilə danışıqlarının müsbət davam etdiyi və kiçik problemlərin qaldığı bildirilib.

Qeyd edək ki, 4.5 il "Beşiktaş"da çıxış edən və 2022/2023 mövsümünün əvvəlində AEK-nın yolunu tutan təcrübəli futbolçu "ağ-qaralar"ın heyətində 1 dəfə Super Liqanın, 1 dəfə Ölkə Kubokunun və 1 dəfə Super Kubokun qalibi olub.