Dani Olmo "Barselona"dan ayrılacaq

"Barselona"nın ispaniyalı futbolçusu Dani Olmo yanvarda klubdan ayrılacaq.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, İspaniya klubu hazır da maliyyə problemləri ilə üz-üzə qalıb. Bu səbəbdən Olmonun vizasını dekabr ayının 31-ə qədər çıxarda bilməsə, 26 yaşlı futbolçu ilə yollarını ayıracaq.

Olmo "Barselona"dan azad agent kimi ayrılacaq.

26 yaşlı futbolçu bu yay “Leipziq”dən 55 milyon avro qarşılığında “Barselona”ya transfer olunub.

Qeyd edək ki, D.Olmo bu mövsüm çıxış etdiyi 12 matçda 6 qol vurub.