Danimarka çempionu məlum oldu

Danimarka Super Liqasında 2019/20 mövsümünün qalibi məlum olub.

Sportline.az xəbər verir ki, 32-ci turda lider "Midtyulland" ən yaxın izləyicisi "Kopenhagen"i qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

Bununla da sona dörd tur qalmış xallarını 78-ə çatdıran "Midtyulland" çempionluğunu rəsmiləşdirib.

"Canavarlar" 3-cü dəfə ölkə çempionu olub.