Danışılmış matçlarda iştirak etmiş idmançıya 7 illik qadağa
Özbəkistan tennisçisi Temur İsmailov 7 il müddətinə diskvalifikasiya olunub.
Sportline.az xəbər verir ki, 25 yaşlı idmançı danışılmış matçlarlarda iştirakda günahlandırılır.
O, həmçinin 12 min ABŞ dolları məbləğində cərimələnib.
Sanksiya dekabrın 18-də qüvvəyə minib. İsmailova hər hansı tennis yarışında oynamaq və ya başqa bir şəkildə iştirak etmək qadağan edilib.
Qeyd edək ki, tennisçinin 3 dəfə (2014, 2015 və 2019-cu illərdə) danışılmış qarşılaşmaların iştirakçısı olduğu bildirilib.