Darvin Nunyes Avropa futboluna qayıda bilər
"Liverpul"un sabiq futbolçusu Darvin Nunyes yenidən Avropa futbolunda çıxış edə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "El Observador" nəşri məlumat yayıb.
26 yaşlı forvardla "Yuventus" və "Çelsi" yaxından maraqlanır.
Qeyd edək ki, D.Nunyes "Əl-Hilal"ın forması ilə meydana çıxdığı 24 matçda 9 qol, 5 asistlə yadda qalıb.