David Trezege "Yuventus"un Bakıdakı layihəsindən danışdı
Məşhur fransalı futbol ulduzu David Trezege paytaxtımızın qonağıdır. SportLine.az xəbər verir ki, "Yuventus"un sabiq hücumçusu Turin təmsilçisinin Azərbaycandakı fan klubunun dəvəti ilə Bakıya gəlib.
Dünya və Avropa çempionu Bakıda AFFA-nın dəstəyi ilə təşkili planlaşdırılan “Juventus Camp”la bağlı mətbuat konfransına qatılıb. Qoca senyoranın səfiri Azərbaycanda futbolun inkişafına dəstək olmaq istədiklərini söyləyib: “Yuventus” olaraq düşünürük ki, bu cür gözəl ölkədə də futbolun inkişafı üçün işlər görmək lazımdır. Ümid edirəm ki, Bakıda reallaşdıracağımız layihə uşaqların peşəkar futbola yolunu açacaq”