DÇ-2016: İlk finalçı müəyyənləşdi

Kolumbiyada keçirilən futzal üzrə Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, artıq yarışın ilk finalçısının adı bəllidir. 

1/4 finalda İspaniyanı mübarizədən kənarlaşdıran Rusiya millisi finalın bir addımlığında İranı da üstələməklə həlledici matça vəsiqə qazanıb.

Qeyd edək ki, Rusiyanın rəqibi Argentina - Portuqaliya duelində müəyyənləşəcək.

28 sentyabr 2016
Futzal, Dünya çempionatı, yarımfinal

İran - Rusiya - 3:4