DÇ-2016: İspaniya mübarizəni dayandırdı, İran yarımfinalda

Kolumbiyada keçirilən futzal üzrə Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, artıq yarışda ilk yarımfinalçılar müəyyənləşib.

Erkən final kimi dəyərləndirilən Rusiya - İspaniya matçında şimal qonşularımız seviniblər - 6:2. 

Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan İran isə Paraqvayı üstələməklə çempionluğa iddiasını qoruyur.

25 sentyabr 2016
Futzal, Dünya çempionatı, 1/4 final


Paraqvay - İran 3:4 

Rusiya - İspaniya 6:2