DÇ-2016: Millimiz mübarizəni dayandırdı

Kolumbiyada keçirilən futzal üzrə Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, bu gecə yarışda son yarımfinalçılar məlum olub. 

Tarixində ilk dəfə Mundiala vəsiqə qazanan Azərbaycan millisi uğurlu çıxış davamını Portuqaliya ilə dueldə gətirmək niyyətində idi. Miltinyonun komandası indiyədək qalib gələ bilmədiyimiz Pireney təmsilçisi ilə görüşdə tilsimi qırmağı arzulayırdı. Ancaq oyuna böyük itkilərlə çıxan komandamız qələbəni təmin edə bilməyib. Gərgin mübarizənin sonunda qalib gələn Portuqaliya futzalçıları yarımfinala yüksəliblər.

26 sentyabr 2016
Futzal, Dünya çempionatı, 1/4 final

Azərbaycan - Portuqaliya - 2:3
QOLLAR: 
Tyaqo Bolinya, 12, Eduardo, 35 - Djo, 8, Joao Matoş, 18, Rikardinyo, 28

Hakimlər: Serjio Kabrera (Kuba), Joze Katemo (Anqola), Xalid Hnix (Mərakeş), Xamis Hassan Al-Şəmsi (BƏƏ)
Kali. Kolizeo el Pueblo

Azərbaycan: 1. Emin Kürdov (q), 3. Tyaqo Bolinya, 6. Eduardo, 9. Fabio Poletto, 13. Qallo

Ehtiyat oyunçular: 2. Elnur Zamanov (q), 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 14. Vitali Borisov

Portuqaliya: 1. Bebe, 3. Bruno Koelyo, 7. Kardinal, 9. Joao Matoş, 10. Rikardinyo (k)

Ehtiyat oyunçular: 12. Vitor Hüqo (q), 14. Kristiano (1), 2. Andre, 4. Migel Kastro, 5. Fabio Sasilio, 6. Pedro Kari, 8. Djo, 11. Re, 13. Tyaqo Brito