DÇ-2018-in daha bir iştirakçısı müəyyələşdi
Rusiyada keçiriləcək Dünya çempionatının daha bir iştirakçısının adına aydınlıq gəlib. SportLine.az xəbər verir ki, Asiya zonasının təsnifat mərhələsində yarışan Yaponiya Mundiala vəsiqəni təmin edib.
"Gündoğar ölkə" təmsilçisi Avstraliya ilə görüşdə qələbə qazanmaqla B qrupunda liderliyi rəsmiləşdirib.
Yaponiya – Avstraliya – 2:0
Qollar: Asano, 41; İdequçi, 82
Qeyd edək ki, Yaponiya seçməsi ev sahibi Rusiya, həmçinin Braziliya və İrandan sonra mundialda iştirak hüququna yiyələnən 4-cü komanda olub.