DÇ-2018: Portuqaliya da millimizə qarşı oyuna itkilərlə çıxacaq

Kolumbiyada keçirilən futzal üzrə Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, artıq yarışda 1/4 finalın bütün iştirakçıları müəyyənləşib. Tailandı mübarizədən kənarlaşdıran Azərbaycan seçməsi tarixində ilk dəfə qatıldığı Mundialda mübarizəni davam etdirir.

Növbəti rəqib isə daha güclü - Portuqaliya seçməsidir. Komandamızın heyətində qapıçı Rövşən Bayramov, eləcə də, əsas heyətin üzvləri Fineo və Vassura cəza səbəbilə vacib oyunu buraxacaq. 

Pireney təmsilçisinin də heyətində itkilər var. Bruno və Migel Azərbaycana qarşı görüşdə komandasına kömək edə bilməyəcək. 

Xatırladaq ki, 1/4 final mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya - Azərbaycan görüşünün start fiti sentyabrın 26-na keçən gecə, Bakı vaxtı ilə saat 03:00-da səslənəcək.