DÇ-2022: İrlandiya - Azərbaycan matçında iki qol

Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 4-cü sınağında İrlandiyanın qonağı olub və görüş 1:1 hesabı ilə nəticələnib.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

20:00. İrlandiya - Azərbaycan 1:1

Qollar: Emin Mahmudov, 45+1 (0:1), Şeyn Daffi, 87 (1:1)

Hakimlər: Jerom Brisar, Benjamen Pejes və Ervan Finjan, Mikael Lezaj (Fransa)

Dublin, "Aviva" stadionu