DÇ-2022 ilə bağlı rəsmi açıqlama

FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının yekun oyun cədvəlini təsdiqləyib.
 
Sportline.az qurumun saytına istinadən xəbər verir ki, dünya çempionatı 2022-ci il, 21 noyabr tarixində yerli vaxtla saat 13:00-da "Əl-Bayt" stadionunda oynanılacaq açılış matçı ilə start götürəcək. Qrup mərhələsində hər gün dörd görüşün keçirilməsi qərara alınıb. Qarşılaşmalar yerli vaxtla saat 13:00, 16:00, 19:00 və 22:00-da başlayacaqlar.
 
Mundialın bürünc medalı uğrunda görüş 17 dekabrda Beynəlxalq Xəlifə Stadionunda keçiriləcək. Final qarşılaşması isə 18 dekabrda oynanılacaq. Matça "Lusail" stadionu ev sahibliyi edəcək.