DÇ-2022: "Neftçi"nin sabiq prezidenti Uels millisinin oyununa təyinat alıb

"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

Sportline.az xəbər verir ki, o, 2022-ci il dünya çempionatının seçmə mərhələsinin E qrupunda keçiriləcək Belarus - Uels matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 5-də Rusiyanın Kazan şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.