DÇ-2022-nin seçmə mərhələsinin püşk proseduru təsdiqləndi

UEFA 2022-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə təsnifat mərhələsinin püşk prosedurunu təsdiqləyib. 

Sportline.az xəbər verir ki, quruma üzv 55 ölkə reytinqə əsasən 6 səbətə bölünəcək.

Ümumilikdə 10 qrupdan 5-də 6 yığma, qalan 5-də isə 5 komanda olacaq. Onlar qruplarda ev və səfər prinsipi ilə çıxış edəcəklər. 

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, püşkdə Ermənistan Azərbaycana, Cəbəllütariq İspaniyaya, Kosovo Rusiya, Serbiya ilə Bosniya və Herseqovinaya, Ukrayna isə Rusiyaya rəqib ola bilməyəcək. 

Bundan başqa komanların uçuş məsafələrini minimuma endirmək üçün 20 ölkə bir birinə rəqib olmayacaq. 

Bakıdan 

İslandiyanın paytaxı Reykyavikə; 

Cəbəllütariqə; 

Portuqaliyanın paytaxtı Lissabona

Qazaxıstanın paytaxtı Nur-Sultandan 

Andorraya; 

İspaniyanın Barselona şəhərinə; 

İngiltərənin paytaxtı Londona; 

Fransanın paytaxtı Parisə; 

Farer adalarının paytaxtı Torshavna; 

Cəbəllütariqə; 

İslandiyanın paytaxtı Reykyavikə; 

Maltanın paytaxtı Vallettaya; 

Şimali İrlandiyanın paytaxtı Belfasta; 

Portuqaliyanın paytaxtı Lissabona; 

İrlandiyanın paytaxtı Dublinə; 

Şotlandiyanın paytaxtı Edinburqa; 

İspaniyanın paytaxtı Madridə; 

Uelsin paytaxtı Kardiffə

İslandiyanın paytaxtı Reykyavikdən 

Ermənistanın paytaxtı Yerevana; 

Kiprin Larnaka şəhərinə; 

Gürcüstanın paytaxtı Tbilisiyə;

İsrailin paytaxtı Təl-Əvivə 

qarşılıqlı səfərlər olmayacaq. 

Qrup qalibləri birbaşa DÇ-2022-yə vəsiqə qazanacaq. İkinci yeri tutan 10 komandaya UEFA Millətlər Liqasından iki kollektiv qoşulacaq və pley-off qarşılaşmaları nəticəsində son 3 vəsiqənin sahibi bəlli olacaq. 

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək.